
Sonra Prezident Rumen Radev və xanımı Desislava Radeva görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anıb, məzarı üzərinə gül dəstələri düzüblər. Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev və xanımı Desislava Radeva oktyabrın 13-də Şəhidlər xiyabanını ziyarət ediblər. Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Rumen Radev və xanımı Desislava Radeva Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etdilər. Bolqarıstan Prezidenti “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Bolqarıstanın və Azərbaycanın dövlət himnləri səsləndi. Bakının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.






AzVision.az