Yol polisinin nömrələrlə bağlı qərarı ajiotaj yaradıb

AzVision.az xəbər verir ki, bunu yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib. Ekspert bildirib ki, bunların bəzilərini, xüsusən də haşiyənin olmamasını sürücülər ediblər, amma bəzi sürücülərə qeydiyyat nişanı elə defislərsiz verilib:
Qeyd edək ki, mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları standartlarının tələbləri ilə əlaqədar DİN Baş DYP İdarəsi sürücülərə və avtomobil sahiblərinə müraciət edib.
DİN Baş DYP İdarəsi nəqliyyat vasitələri sahiblərinin və sürücülərin diqqətinə çatdırıb ki, nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarında qanunvericiliklə nəzərdə tutulmuş standartların tələblərinin pozulması (defis simvollarının, çərçivə xəttinin silinməsi) hallarının aradan qaldırılması üçün 1 ay müddətində vaxt verilir, əks halda nəqliyyat vasitəsinin istismarı qadağan olunmaqla sürücülər inzibati məsuliyyətə cəlb ediləcək, eləcə də xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınan digər qayda pozuntuları ilə bağlı tərtib edimiş elektron protokolardakı görüntülərdə belə hallar aşkar olunduğu təqdirdə inzibati xətaya yol vermiş şəxslər haqqında əlavə inzibati tənbeh tədbiri görüləcəkdir.
AzVision.az