Aqrar komitənin iclası keçirilib

İclasda qanun layihələrini Milli Məclis Aparatının iqtisadi qanunvericilik şöbəsinin müdir müavini, aqrar qanunvericilik sektorunun müdiri Vilayət Əlizadə təqdim edib. Bildirilib ki, “Yaşıllıqların mühafizəsi haqqında” Qanunda edilən dəyişikliklər yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin dəqiqləşdirilməsi, yaşıllıqların uçotu, kadastrı və monitorinqi sahəsində idarəetmənin təkmilləşdirilməsi, yaşıllıqların salınması və bərpası üçün əkin materialları və digər vasitələrlə təminat məsələlərinin həlli məqsədini daşıyır.
“Çayçılıq haqqında” Qanunun 10-cu maddəsində aparılan dəyişiklik isə qanunvericiliyin uyğunlaşdırılması məqsədi daşıyır. Layihəyə əsasən, bu sənəd “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna və “Toxumçuluq haqqında” Qanunda dəyişiklik edilməsinə dair 2017-ci il 14 aprel tarixli qanuna uyğunlaşdırılacaq.
Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Teqlər: Milli-Məclis Komitə