"Ermənistanın nə istədiyini başa düşmək çətindir" - XİN

H.Hacıyev bildirib ki, tikintisi başa çatan Bakı-Tbilisi-Qars dəmir-yol xətti regional əməkdaşlıq, tranzit imkanlarının və ticarət dövriyyəsinin artırılması və nəticə etibarilə, Azərbaycan, Gürcüstan və Türkiyənin iqtisadiyyatı üçün əlavə imkanların yaradılması baxımdan böyük perspektivlər vəd edir:
"Azərbaycan daim regionda sabitləşdirici rol oynayır, Bakı-Tbilisi-Ceyhan, TANAP/TAP, Bakı-Tbilisi-Qars, Şimal-Cənub və Cənub-Qərb kimi layihələrlə regional əməkdaşlığı və çiçəklənməni təşviq edir.
Azərbaycan dəfələrlə bəyan edib ki, Azərbaycana qarşı işğalına son qoyduqdan və işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxardıqdan sonra Ermənistan regional inteqrasiya imkanlarından, o cümlədən Bakı-Tbilisi-Qars layihəsi kimi uğurlu regional əməkdaşlıq və nəqliyyat imkanından faydalana bilər".
AzVision.az
Teqlər: XİN Hikmət-Hacıyev