Prezident Qarabağ münaqişəsinin həlli şərtini açıqladı

Prezident Qarabağ münaqişəsinin həlli şərtini açıqladı
  14 Oktyabr 2017    Oxunub:3220
"Azərbaycan regionda təhlükəsizliyə, sabitliyə, inkişafa və əməkdaşlığa mühüm töhfə verir. Lakin regionun ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamış qalır"
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin və xanımı Desislava Radevanın şərəfinə verilən rəsmi ziyafətdə çıxışı zamanı deyib.

Prezidentin xatırladıb ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi – tarixi torpağımız olan Dağlıq Qarabağ və ətrafındakı 7 rayon işğal olunub, bu ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirilib, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

"Beynəlxalq təşkilatlar münaqişə ilə bağlı öz mövqelərini bildirmişlər. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Eyni zamanda, ATƏT, NATO, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamədə vurğulandığı kimi, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı prinsipi çərçivəsində nizamlanmalıdır".

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Qarabağ  





Xəbər lenti