Fransa prezidenti İrana dəstək nümayiş etdirdi

“Prezident xatırladıb ki, ABŞ-ın mövqeyi atom üzrə sazişin ləğv olunması ilə nəticələnməyəcək. Fransa, onun avropalı tərəfdaşları və bütün tərəflərlə birgə bütün öhdəlikləri yerinə yetirməyə davam edəcək”, - deyə Yelisey Sarayının yaydığı məlumatda bildirilib.
Makron, həmçinin bildirib ki, Fransa XİN rəhbəri Jan-İv Le Drian yaxın həftələrdə İrana səfər edərək nüvə problemini müzakirə edəcək.
Eldar Tanrıverdiyev
AzVision.az