Zabitlər üçün yaşayış kompleksi istifadəyə verilib - Fotolar
İki mərtəbəli, 33 yaşayış və yardımçı otaqlardan ibarət zabit yataqxanası kommunikasiya xətləri ilə tam təchiz olunub. Müasir standartlara cavab verən yataqxana mebel və digər avadanlıqlarla təmin edilib.
Yaşayış kompleksinin həyətində yaşıllaşdırma və abadlıq işləri görülüb, minifutbol meydançası və idman şəhərciyi salınıb, eləcə də hərbi qulluqçuların səmərəli istirahəti üçün digər lazımi şərait yaradılıb.
Müdafiə naziri general-polkovnik Z.Həsənov yeni inşa edilmiş zabit yataqxanasında yaradılmış şəraitlə tanış olub, şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.
AzVision.az
Teqlər: Müdafiə-Nazirliyi Zakir-Həsənov