Dilqəm və Şahbazın azad edilməsi üçün iş aparılır

Dilqəm və Şahbazın azad edilməsi üçün iş aparılır
  28 Noyabr 2017    Oxunub:2242
"Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələ ictimaiyyətə məlumdur. Onların azad olunması üçün beynəlxalq təşkilatlara müraciət olunub və iş davam etdirilir".
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib.

E.Səmədov bildirib ki, Ermənistanın tutduğu qeyri-konstruktiv və qeyri-humanist mövqe nəticəsində bu günə kimi onların azad olunmasına nail olunmayıb: "Ümid edirəm ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə bu məsələnin öhdəsindən gələ biləcəyik".

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Dilqəm   Şahbaz  





Xəbər lenti