“Tarixi həqiqətlər bütün dünyaya çatdırılıb” - İlham Əliyev

“Tarixi həqiqətlər bütün dünyaya çatdırılıb” -
 İlham Əliyev
  28 Noyabr 2017    Oxunub:2274
“Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksində hər cür şərait yaradılıb. Məcburi köçkünlərin problemlərinin həlli dövlətin əsas vəzifələrindən biridir”.
AzVision.az-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Tərtər rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib.

Ölkə başçısı qeyd edib ki, ötən ilin aprelində Azərbaycan ordusunun qazandığı qələbə ərazi bütövlüyümüzü bərpa edəcəyimizə təminat verib:

"Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Bunu təsdiq edən mühüm faktlardan biri ermənilərin Qarabağa köçürülmələrinin 150 illiyi ilə bağlı 1978-ci ildə abidə ucaltmalarıdır. Bununla bağlı tarixi həqiqətlər bütün dünyaya çatdırılıb. Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitinin yekun Bəyannaməsində üzv ölkələrin suverenliyi, ərazi bütövlüyü bir daha təsdiqləndi və dəstəkləndi”.

AzVision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti