YAP-dan seçki açıqlaması: “Bunlar hamısı təxribatdır”

YAP-dan seçki açıqlaması: “Bunlar hamısı təxribatdır”
  15 Dekabr 2017    Oxunub:2289
“Seçki məcəlləsinin 179-cu (Növbədənkənar Prezident seçkilərinin keçirilməsi) maddəsində edilən dəyişiklik bəzi media orqanları tərəfindən yanlış təqdim edilib.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Seçki Məcəlləsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

YAP icra katibinin müavini bildirib ki, növbədənkənar seçkilərin keçirilmə müddəti Azərbaycanın Konstitusiyası ilə tənzimlənir:

“Bunun üçün 60 gün müəyyən edilib. Bu müddət ərzində seçki keçirilməlidir. Məcəlləyə edilən dəyişiklik texniki dəyişikliklərdir. Mətbuat orqanları bunu yanlış yazır. Bəziləri deyir ki, gələn ilin martında növbədənkənar seçkilər keçiriləcək. Bunlar hamısı təxribatdır. Konstitusiyanı oxumaq lazımdır. Buna düzgün yanaşılmalıdır. Heç kəsin prezidentin səlahiyyət müddətini azaltmağa hüququ yoxdur”.

AzVision.az


Teqlər: Siyavuş-Novruzov   Seçki  





Xəbər lenti