İtkin düşən alpinistlərlə bağlı yeni məlumat

İtkin düşən alpinistlərlə bağlı yeni məlumat
  28 Dekabr 2017    Oxunub:5638
23 dekabr 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.
FHN-dən AzVision.az-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlara cəlb olunub.

AzVision.az


Teqlər: FHN   Alpinist   Axtarış  





Xəbər lenti