Qubada ikimərtəbəli ev yanıb

Qubada ikimərtəbəli ev yanıb
  22 Yanvar 2018    Oxunub:1883
Qubada yanğın hadisəsi qeydə alınıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Quba rayonu, Sırt Çiçi kəndində ümumi sahəsi 112 m2 olan ikimərtəbəli 4 otaq, aynabənddən ibarət evin və bitişik 36 m2 olan talvarın yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: Yanğın   Quba   FHN  





Xəbər lenti