Hicran Hüseynova vətəndaşlarla görüşəcək

  22 Yanvar 2018    Oxunub : 674
Hicran Hüseynova vətəndaşlarla görüşəcək
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri tərəfindən vətəndaşların qəbulu davam edir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AzVision.az-a bildiriblər ki, komitənin sədri Hicran Hüseynova yanvarın 26-da saat 11:30-da Kürdəmir rayonundakı Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcək.

Qəbulda Ağdaş, Göyçay, Ucar, Zərdab, İmişli, Kürdəmir rayonlarının sakinləri qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı iştirak edəcəklər. Qəbulda vətəndaşların ərizə, təklif və tövsiyələrinə baxılması nəzərdə tutulur. Qəbuldan sonra rayonun fəal qadınları ilə görüşün keçirilməsi planlaşdırılır.

Görüş çərçivəsində Kürdəmir rayonunda qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr aparılacaq.

AzVision.az

Teqlər: Hicran-Hüseynova