Əfv Komissiyası yenidən toplandı: 100-dən çox müraciətə baxıldı

Əfv Komissiyası yenidən toplandı: 100-dən çox müraciətə baxıldı
  02 Fevral 2018    Oxunub:3104
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Komissiyanın üzvü Əliməmməd Nuriyev AzVision.az-a bildirib ki, iclasda 100-dən çox müraciətə baxılıb.

Ə.Nuriyev qeyd edib ki, müraciətlərin əksəriyyətinə müsbət rəy verilib.

Xatırladaq ki, komissiyanın keçirilən iki iclasında 200-dən çox müraciətə baxılıb. Ümumilikdə isə indiyədək komissiyaya 1000-dək müraciət daxil olub.

Qeyd edək ki, Novruz bayramı ərəfəsində prezident İlham Əliyev tərəfindən növbəti əfv sərəncamının imzalanması gözlənilir.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Əfv   Komissiya   İclas  





Xəbər lenti