Prezidentin səfir təyin etdiyi Abdullayev kimdir? - DOSYE

Prezidentin səfir təyin etdiyi Abdullayev kimdir? - DOSYE
  07 Fevral 2018    Oxunub:21806
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın Səudiyyə Ərəbistanında yeni səfiri təyin olunub.
Prezident İlham Əliyevin sərəncamı ilə səfir postuna Şahin Şakir oğlu Abdullayev təyinat alıb.

AzVision.az-ın məlumatına görə, Ş.Abdullayev 1959-cu ilin 14 noyabr tarixində anadan olub. Azərbaycan Dövlət Universitetini bitirib.

Ş.Abdullayev indiyədək müxtəlif vəzifələrdə çalışıb. O, 1981-84-cü illərdə Yəməndə səfirlikdə işləyib. Daha sonra Azərbaycanın Xarici İşlər Nazirliyində ikinci katib, birinci katib, katibliyin müdiri (1989-95), Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyinin müşaviri (1995-99), XİN Asiya idarəsinin rəisi (1999-2004), Azərbaycanın Küveyt dövlətində səfiri (2004-10) vəzifələrini tutub.



Təcrübəli diplomat 2010-cu ildə Azərbaycanın Misir Ərəb Respublikasında, Əlcəzairdə, 2011-cu ildən isə Sudanda fövqəladə və səlahiyyətli səfiri, həmçinin Azərbaycan Respublikasının Ərəb Dövlətləri Liqası yanında nümayəndəsi, Afrika İttifaqı yanında müşahidəçi statusunda nümayəndəsi olub.

Rüstəm İsmayılov
AzVision.az


Teqlər: Səfir   Azərbaycan   Şahin-Abdullayev   Diplomat  





Xəbər lenti