İlham Əliyev Donald Trampa başsağlığı verdi

İlham Əliyev Donald Trampa başsağlığı verdi
  15 Fevral 2018    Oxunub:2894
Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa başsağlığı məktubu göndərib.
AzVision.az xəbər verir ki, dövlətimizin başçısı Florida ştatının Parklend şəhərində məktəbdə törədilmiş silahlı hücum nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndiyini bildirib.

Azərbaycan Prezidenti bu dəhşətli hadisə ilə əlaqədar ABŞ Prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   ABŞ   Tramp  





Xəbər lenti