Beyninə çip qoyulmuş ilk iflic insan artıq kompyuteri idarə edir - Foto

   Beyninə çip qoyulmuş ilk iflic insan artıq kompyuteri idarə edir -    Foto
  09 May 2024    Oxunub:887
Beyninə çip qoyulmuş ilk insan indi şüuru ilə kompüterləri idarə edə və hətta kompüter oyunlarında sağlam adamlara qalib gələ bilir.
Azpost.info bildirir ki, bu ilin yanvarında onurğa beyninin zədələnməsi səbəbindən yuxarı ətrafı iflic olmuş xəstə Noland Arbouya “Neuralink” şirkətinin beyin implantı yerləşdirilib. İmplant gələcəkdə onun həyat keyfiyyətini yaxşılaşdırmalıdır.

İmplantın işini tənzimləmək üçün kompüter oyunlarından istifadə edilir. Mart ayında bildirilib ki, Noland Arbou artıq kursoru ağlı ilə hərəkət etdirməklə kompüterdə şahmat oynamağa keçib. O, həmçinin Civilization VI və Mario Kart onlayn oyunlarını da oynayır.

“Neuralink” şirkəti bu yaxınlarda Arbounun oyun personajlarını və obyektlərini idarə edə bilmə sürətində əhəmiyyətli dərəcədə təkmilləşdirdiyini açıqlayıb. O, indi hətta tamamilə sağlam insanları da məğlub edə bilir. Bu, iflic olan bir insanın xəyalına belə gətirə bilmədiyi bir məsələdir.

Xəstənin implantla aktivliyi durmadan artır. O, bu yaxınlarda həftədə 69 saatını implantla təmasda keçirib, bunun 35-ni Neuralink mütəxəssisləri ilə təcrübə keçirməyə, 34 saatını isə əsasən həftə sonları şəxsi istifadəyə sərf edib.

Şirkət etiraf edib ki, yanvar əməliyyatı zamanı xəstənin beyin qabığına implantasiya edilmiş bəzi zərif elektrodlarla təmas itib. Bu isə implantın impulsların xarici kompüterə ötürülmə sürətini yavaşlatmasına səbəb olub.

Bu, kursorun idarə edilməsinə mənfi təsir göstərib.

Lakin “Neuralink” mühəndisləri proqram təminatı vasitəsilə bu itkini kompensasiya edə biliblər. İndi Arbou kompüterlə saniyədə 8 bit sürətlə əlaqə qura bilir. Noland Arbou gələcəkdə canlı yayımlar da açmaq niyyətindədir.

O, bu müddət ərzində onlayn oyunlarda abunəçilərlə rəqabət aparmağı planlaşdırır.

Neyrocərrahiyyə sahəsində ekspertlər Bloomberg-ə izah ediblər ki, “Neuralink” implantının elektrodlarının dayanıqlığında yaranan problemlərin səbəbi onun quraşdırılması zamanı istifadə olunan yanaşmadır. İmplant xəstənin kəllə sümüyünə daxil edilir və yüzdən çox nazik elektrod vasitəsilə beyinə bağlanır. Onlar müəyyən bir sahədə beyin fəaliyyətini qeyd etmək üçün nəzərdə tutulub. Lakin beyin daim kəllə daxilində hərəkət edir və elektrodların sönməsi və funksiyalarını yerinə yetirməməsi üçün hətta bir neçə millimetr hərəkət kifayətdir.

Meymunlar üzərində aparılan təcrübələrdə bu problem yaranmayıb. Çünki onların beyinləri daha kiçikdir və eyni hərəkət diapazonuna malik deyillər. Hazırda “Neuralink” mühəndisləri problemin müvəqqəti həllini tapıblar. Lakin implantın geniş tətbiqi halında daha ciddi qoruyucu tədbirlərin tətbiqi imkanlarını nəzərdən keçirməlidirlər.


AzVision.az


Teqlər:





Xəbər lenti