“Bakıdakı yanğın xəbəri məni dərindən kədərləndirdi” - Donald Tusk

“Bakıdakı yanğın xəbəri məni dərindən kədərləndirdi” - Donald Tusk
  08 Mart 2018    Oxunub:2063
Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk martın 2-də Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən faciəvi yanğınla bağlı Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib.
AzVision.az xəbər verir ki, başsağlığı məktubunda deyilir: "Möhtərəm cənab Prezident. Martın 2-də Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən faciəvi yanğın hadisəsi haqqında xəbər məni dərindən kədərləndirdi.

Avropa İttifaqı adından həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm".

AzVision.az


Teqlər: İlham-Əliyev   Tusk    





Xəbər lenti