"Bayılda sürüşmə hələ tam dayanmayıb" - Eldar Əzizov

"Bayılda sürüşmə hələ tam dayanmayıb" - Eldar Əzizov
  19 Mart 2018    Oxunub:1653
"Bayıl yamacındakı sürüşmə ilə bağlı araşdırmalar davam edir. Sakinlərin əksəriyyəti köçüb. Lakin sürüşmə prosesi hələ tam dayanmayıb, sadəcə zəifləyib. Həmin ərazidə yaşayan sakinlərin ora köçməsi üçün mütəxəssislərin rəyi olmalıdır"
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib. İcra başçısı qısa müddət ərzində məsələnin həll olunacağını qeyd edib.

E.Əzizov, həmçinin qeyd edib ki, Bayıl sürüşmə sahəsində yaşayan sakinlərlə dialoq davam etdirilir və sürüşmə sahəsində yaşayan sakinlərin böyük hissəsi öz evlərinə qayıdıb yaşamaq istəyirlər.

AzVision.az




Teqlər: Bayıl   Sürüşmə   Eldar-Əzizov  





Xəbər lenti