İƏT-ə üzv ölkələrin mədəniyyət nazirləri Naxçıvana gələcək

İƏT-ə üzv ölkələrin mədəniyyət nazirləri Naxçıvana gələcək
  05 May 2018    Oxunub:1388
"Bu il iyunun 20-də Naxçıvan şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin mədəniyyət nazirlərinin iştirakı ilə "Naxçıvan, İslam Mədəniyyətinin Paytaxtı-2018" adlı tədbirin açılış mərasimi keçiriləcək".
AzVision.az-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Dəkkə şəhərində keşirilən İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri şurasının 45-ci sessiyasında çıxış zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan bütün dünyada İslam dəyərlərini təşviq etmək üçün ardıcıl işləyərək Fransanın məşhur Luvr muzeyində İslam İncəsənəti Bölməsinin təşkilinə fəal şəkildə töhfə verib və Vatikanda sərgisini nümayiş edilən ilk müsəlman ölkəsi olub. Nazir əlavə edib ki, 2009-cu ildə Bakı İslam mədəniyyətinin paytaxtı elan edilib və 2018-ci ildə daha bir qədim Azərbaycan şəhəri olan Naxçıvan bu fəxri ada layiq görülüb.

AzVision.az


Teqlər: XİN   Məmmədyarov   Naxçıvan   İƏT  





Xəbər lenti