Pambıq sahələrində zərərvericilərə qarşı mübarizə aparılır

Pambıq sahələrində zərərvericilərə qarşı mübarizə aparılır
  23 May 2018    Oxunub:1839
Pambıq sahələrində əkin sovkası zərərvericisinə qarşı mübarizə tədbirləri başlayıb
Kənd Təsərrüfatı Nazirliyindən AzVision.az-a verilən məlumata görə, nazirlik yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən pambıq əkinlərində aparılan monitorinqlər nəticəsində 125 hektar sahədə payızlıq əkin sovkası (Agrotis segetum) aşkar edilib.

Mübarizə tədbirləri kimi dondurma şumu aparmaqla zərərvericinin qışlama ocaqları məhv edilir.

Payızlıq əkin sovkası əsasən pambıq, qarğıdalı, tütün, bostan-tərəvəz bitkilərinin yeni çıxan şitilləri ilə qidalanaraq onları məhv edir.

AzVision.az


Teqlər: Kənd-Təsərrüfatı-Nazirliyi  





Xəbər lenti