Azərbaycan-Aİ danışıqlarının vaxtı məlum oldu

Azərbaycan-Aİ danışıqlarının vaxtı məlum oldu
  23 May 2018    Oxunub:1595
29-30 may tarixlərində Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq haqqında sazişə dair yeni müzakirələr aparılacaq.

AzVision.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin siyasət şöbəsinin rəhbəri Denis Danilidis bildirib.
"Danışıqların budəfəki raundu Bakıda keçiriləcək. Bununla bağlı bazar ertəsi Brüsseldən xüsusi nümayəndə heyəti Azərbaycana səfərə gələcək. Bu istiqamətdə danışıqlar aparılır. Hələlik tərəflər arasında danışıqların nə vaxt yekunlaşacağı və sazişin nə vaxt bağlanacağı məlum deyil", – deyə Aİ rəsmisi qeyd edib.

AzVision.az


Teqlər:   Azərbaycan  





Xəbər lenti