Hərbi mahnılardan ibarət konsert olacaq

Hərbi mahnılardan ibarət konsert olacaq
  22 İyun 2018    Oxunub:1541
Silahlı Qüvvələrin 100 illik yubileyi münasibətilə hərbi mahnılardan ibarət konsert keçiriləcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Silahlı Qüvvələrin 100 illik yubileyi münasibətilə iyunun 23-də saat 17:00-dan 21:00-dək Dənizkənarı Milli Parkda (Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yanındakı geniş meydanda) Nazirliyin Əlahiddə Nümunəvi Orkestri və Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivi konsert proqramı ilə çıxış edəcək.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   Konsert  





Xəbər lenti