Sürücülük vəsiqəsinin qiyməti artırıldı

Sürücülük vəsiqəsinin qiyməti artırıldı
  17 İyul 2018    Oxunub:19792
Bugündən etibarən sürücülük vəsiqəsi almanın və dəyişdirmənin qiyməti artırılır.
AzVision.az xəbər verir ki, bu barədə nəqliyyat üzrə ekspert Ərşad Hüseynov məlumat verib. Onun sözlərinə görə, avtomobilin qeydiyyat şəhadətnaməsini almanın və dəyişdirmənin rüsumu da artıb. Hər iki rüsum 25 manat olub.

İndiyədək sürücülük vəsiqəsi alma və dəyişdirmə 18 manat, avtomobilin qeydiyyat şəhadətnaməsini alma və dəyişdirmə 17 manat idi.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Sürücü   Vəsiqə  





Xəbər lenti