Jurnalistlərin 3-cü binası nə vaxt təhvil veriləcək?

Jurnalistlərin 3-cü binası nə vaxt təhvil veriləcək?
  18 İyul 2018    Oxunub:3920
Jurnalistlər üçün yeni binanın istifadəyə veriləcəyi vaxt açıqlanıb.
AzVision.az-ın məlumatına görə, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli bildirib ki, üçüncü bina 2020-ci ildə təhvil veriləcək.

Onun sözlərinə görə, hazırda binanın 3-cü mərtəbəsi inşa olunur. V.Səfərli qeyd edib ki, 16 mərtəbəli, 2 giriş blokundan ibarət yaşayış binasında 255 mənzil olacaq.

AzVision.az


Teqlər: KİVDF   Vüqar-Səfərli  





Xəbər lenti