Əli Əhmədov komissiya sədri oldu

Əli Əhmədov komissiya sədri oldu
  21 İyul 2018    Oxunub:9814
Azərbaycanın baş naziri Novruz Məmmədov “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya”nın yeni tərkibini təsdiqləyib.
AzVision.az-ın mlumatına görə, komissiyada 11 nəfər yer alıb.

Komissiyanın sədri

Əli Əhmədov - Baş nazirinin müavini

Komissiyanın üzvləri:

Ceyhun Bayramov - təhsil naziri
Oqtay Şirəliyev - səhiyyə naziri
Sahil Babayev- əmək və əhalinin sosial müdafiəsi naziri
Əbülfəs Qarayev - mədəniyyət naziri
Azad Rəhimov - gənclər və idman naziri
Hicran Hüseynova - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Musa Ələkbərov - Nazirlər Kabineti Aparatının humanitar və sosial məsələlər şöbəsinin müdiri
Oruc Zalov - daxili işlər nazirinin müavini
Fidumə Hüseynova - Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini
Aqil Məhərrəmov - Azərbaycan Uşaq Fondunun İdarə Heyətinin sədri.

Qeyd edək ki, komissiyanın bundan əvvəl sədri baş nazirin sabiq müavini Elçin Əfəndiyev olub.

AzVision.az




Teqlər: Əli-Əhmədov   Komissiya  





Xəbər lenti