“Məzun evi”nin sakinlərinə sertifikatlar verilib
Peşə təlimi müəssisənin özündə fəaliyyət göstərən xalçaçılıq sexində təşkil olunub. Kursu bitirən gənclərdən 5 nəfəri elə həmin sexdə işlə təmin olunub. Digərlərinin də xalçaçılıq peşəsi üzrə məşğulluqlarının təmin olunması üçün işlər aparılır.
İki yaşayış binasından ibarət “Məzun evi”ndə valideyn himayəsindən məhrum olan 243 gənc mənzillə təmin edilib. Müəssisədəki gənclərin əksəriyyəti elə “Məzun evi” müəssisəsində, eləcə də ətraf ərazidə yerləşən müəssisələrdə işlə təmin olunublar. Sakinlərdən bir qismi isə özünüməşğulluq proqramına cəlb edilib.
AzVision.az