Bir gündə 4 piyada ölümü

Bir gündə 4 piyada ölümü
  15 Sentyabr 2018    Oxunub:1839
Sentyabrın 14-də saat 20 radələrində Şamaxı şəhəri ərazisində şəhər sakini Əliağa Abdullayev idarə etdiyi “Moskviç-2140” markalı avtomobillə yolun hərəkət hissəsi ilə gedən Quşçu kənd sakini Mürayət İsmayılovu vurub.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, M.İsmayılov xəstəxanaya aparılarkən yolda ölüb. Eyni zamanda Qəbələ şəhəri ərazisində Bum qəsəbə sakini Şahid Dadaşov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən Böyük Pirəlli kənd sakini İmran Zakirovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Bundan başqa Sentyabrın 14-də saat 16 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakini Eynulla Mirzəyev idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolu keçən həmyerlisi Mahmud Məmmədovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Anoloji hadisə Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, sentyabrın 14-də saat 23 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində qəsəbə sakini Cəmil İsmayılov idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə yolu keçən həmyerlisi Əlövsət Alıyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

Faktlarla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Piyada   Qəza  





Xəbər lenti