Avropada azərbaycanlıların koordinasiya şuraları yaradılır

Avropada azərbaycanlıların koordinasiya şuraları yaradılır
  28 Sentyabr 2018    Oxunub:1780
Almaniyada yaşayan soydaşlarımız “Almaniya Azərbaycanlıları Koordinasiya Şurası” yaradır.
Diasporla İş üzrə Dövlət Komitəsin AzVision.az-a verilən xəbərə görə, Şuranın yaranmasında məqsəd soydaşlarımızın daha mütəşəkkil təşkilatlanması və fəaliyyətlərinin daha intensiv koordinasiya olunmasıdır. Soydaşlarımız da hesab edir ki, artıq, dövlətimizin diaspor siyasəti, xaricdəki həmvətənlərimizin daha mütəşəkkil formada təşkilatlanması prosesi ilə, özünün yeni mərhələsinə qədəm qoyub. Ölkə başçısının “….Mən hesab edirəm ki, diaspor təşkilatlarımız fəaliyyət göstərdikləri ölkələrdə bütün Azərbaycan icmasını birləşdirməlidir” fikirlərini diaspor təşkilatları və soydaşlarımız qarşıya qoyulan zərurət kimi qəbul edirlər.

Məhz, bu zərurətdən irəli gələrək, Almaniyada yaşayan soydaşlarımız daha sıx birləşmək və səmərəli fəaliyyət göstərmək istiqamətində konkret addımlar atırlar. Soydaşlarımızın verdiyi informasiyaya görə, Koordinasiya Şurası qərarların kollegial qəbuluna imkan yaradacaq, əlaqələri gücləndirəcək və daha uğurlu nəticələrin əldə edilməsinə təkan verəcəkdir. Təsis iclasında iştiraka dəvət edilən Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti bu ölkəyə yola düşüb. Nümayəndə heyətinin Almaniya ilə bərabər, İsveçrə və Fransaya da səfəri planlaşdırlır.

AzVision.az


Teqlər: Diaspora   Almaniya  





Xəbər lenti