Vəzifəsindən geri çağırılan Aydan Rzayeva kimdir?

  17 Oktyabr 2018    Oxunub : 4844
Vəzifəsindən geri çağırılan Aydan Rzayeva kimdir?
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev xanım diplomat Aydan Rzayeva ilə bağlı sərəncam imzalayıb. Ölkə başçısının sərəncamına əsasən, Aydan Atif qızı Rzayeva Azərbaycan Respublikasının Avstraliya İttifaqında fəxri konsulu vəzifəsindən geri çağırılıb.
Azvision -ın məlumatına görə, Aydan Rzayeva 1969-cu ildə Bakı şəhərində anadan olub. 1986-ci ildə Bakı şəhəri 6 saylı orta məktəbi bitirib. Daha sonra indiki Azərbaycan Dillər Universitetinə qəbul olub.

O, təhsilini başa vurduqdan sonra ailə həyatı qurub və Avstraliyaya köçüb. A.Rzayeva bir müddət Pert şəhərində tikinti sektoru üzrə ixtisaslaşmış özəl şirkətə rəhbərlik edib.

Prezident İlham Əliyevin 10 iyun 2016-cı ilı tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Avstraliya İttifaqında fəxri konsulu təyin edilib.

Aktiv diaspor fəaliyyətilə məşğul olan xanım diplomat iki övlad anasıdır.

Rüstəm İsmayılov
Azvision

Teqlər: Aydan-Rzayeva   Konsul