Dünyanın ən nüfuzlu 500 müsəlmanı - Siyahıda İlham Əliyev də var

  23 Oktyabr 2018    Oxunub : 9424
Dünyanın ən nüfuzlu 500 müsəlmanı - Siyahıda İlham Əliyev də var
İordaniyanın Əmman şəhərində yerləşən Strateji Araşdırmalar üzrə İslam Mərkəzinin hazırladığı “Muslim 500-2019” siyahısında siyasət, idman, səhiyyə, elm və s. sahələrdə ən nüfuzlu dünya müsəlmanlarının adı yer alıb.
Azvision.az xəbər verir ki, ən nüfuzlu siyasi liderlər arasında Azərbaycan prezidenti İlham Əliyev də yer alıb. Prezident İlham Əliyevlə yanaşı, ən nüfuzlu müsəlmanların reytinq siyahısına Azərbaycandan Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə və muğam ustadı (xanəndə) Alim Qasımov da daxil olub.

Bu il siyahıya Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan başçılıq edir. İkinci yerdə Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz, üçüncü pillədə isə İordaniya kralı II Abdulla ibn əl-Hüseyn qərarlaşıb.

“The Muslim 500”də həmçinin Türkiyənin sabiq prezidenti Abdullah Gül, Çeçenistanın rəhbəri Ramzan Kadırov, Tacikistan prezidenti Emomali Rəhmon, Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov yer alıb. İdmançılar arasında isə MMA döyüşçüsü yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov, “Arsenal” futbol klubunun yarımmüdafiəçisi Məsut Özil, “Liverpul” futbol klubunun hücumçusu Məhəmməd Salah və dördqat Olimpiya çempionu Mo Fara da var.

Qeyd edək ki, siyahı 2009-cu ildən başlayaraq hər il nəşr olunur.

İlkin Nəcəfzadə
Azvision.az

Teqlər: İlham-Əliyev