Tramp Kaşoqinin qətlinin səs yazısını dinləmədi

  18 Noyabr 2018    Oxunub : 558
 Tramp Kaşoqinin qətlinin səs yazısını dinləmədi
ABŞ prezidenti Donald Tramp səudiyyəli jurnalist Camal Kaşoqinin qətlinin səs yazısını dinləməkdən imtina edib.

Azvision.az xəbər verir ki, bu barədə Tramp “Fox News”a müsahibəsində deyib.
“Qulaq asmaq istəmirəm, çünki bu, əzabvericidir. Dəhşətli yazıdır. Çox qəddar, çirkli və vahiməlidir”, - deyə ABŞ prezidenti vurğuyıb.

Azvision.az

Teqlər: Tramp