Qarakənd faciəsinin 27-ci ili - FOTOREPORTAJ

  20 Noyabr 2018    Oxunub : 1000
Qarakənd faciəsinin 27-ci ili - FOTOREPORTAJ
Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində Azərbaycana məxsus "Mi-8" helikopterinin ermənilər tərəfindən vurulmasından 27 il ötür.
Azvision.az xəbər verir ki, faciə nəticəsində həlak olan soydaşlarımızın ailə üzvləri, yaxınları və dostları Fəxri Xiyabanda onların məzarlarını ziyarət edib, xatirələrini yad ediblər.



Faciə zamanı həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev, AzTV-nin işıqçısı Arif Hüseynzadə, video-operator Fəxrəddin Şahbazov da var. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.























Anar Kəlbiyev
Foto:Şahin Sərdarov

Azvision.az

Teqlər: Qarakənd   Helikopter   Faciə