Partlayışda yaralanan iki uşağın vəziyyəti ağırdır

 Partlayışda yaralanan iki uşağın vəziyyəti ağırdır
  10 Dekabr 2018    Oxunub:1936
Masallıda partlıayış nəticəsində xəsarət alan uşaqların hər ikisinin vəziyyəti ağırdır.
Bu barədə Azvision.az-a açıqlamasında Azərbaycan Dövlət Həkimləri Təkminləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyə klinikasının Yanıq şöbəsinin müdiri Şöhrət Məmmədov məlumat verib. O, bildirib ki, uşaqlardan birinin bədən səthinin 75 faizi, digərinin isə 82 faizi yanıb.

“Reanimasiyada müalicələri davam edir. Həkimlər onlara yardım göstərir. Həmçinin Səhiyyə Nazirliyi tərəfindən lazım olan yardımlar edilir. Görülən tədbirlərə baxmayaraq, yaralıların nə təzyiqləri qalxır, nə də pulsları hiss olunur. Çox dərin yanıqlardır. Həm də tənəffüs yollarının yanığıdır”.

Qeyd edək ki, Masallı rayonunun Sığıncaq kəndi ərazisində yaşayış evinin qarajında qaz sızması nəticəsində baş verən partlayışda bir ailənin iki üzvü - Müseyibov Əli Əbülfəz oğlu, Müseyibov Məhəmməd Əbülfəz oğlu və yaxın qohumu Kərimov Sənan ağır yanıq xəsarətləri alıblar. Dərhal hadisə yerinə gələn Masallı rayon Təcili Yardım Xidməti tərəfindən yanan şəxslər xəstəxanaya çatdırılıb. Lazımi ilkin reanimasyon yardımlardan sonra hər biri Təcili Yardım maşınları ilə Respublika Yanıq Mərkəzinə gətirilib.

Mərkəzin mütəxəssisləri tərəfindən konsilium təşkil edilib. Reanimasiyon tədbirlər görülüb. Lakin buna baxmayaraq, bədən səthinin 100 faiz termiki yanığı, tənəffüs yollarının tamamən yanığı diaqnozu qoyulan Müseyibov Əli Əbülfəz oğlu (2005-ciil təvəllüdlü) dünyasını dəyişib.

Aytən Zəhra
Azvision.az



Teqlər: Masallı   Yanğın  





Xəbər lenti