Naxçıvanda pensiyalar vaxtından əvvəl verildi

Naxçıvanda pensiyalar vaxtından əvvəl verildi
  11 Dekabr 2018    Oxunub:2966
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu noyabr ayında əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb, pensiyaçıların şəxsi hesablarına 11 milyon 485 min manat köçürülüb.
Azvision.az xəbər verir ki, bu barədə muxtar respublikanın Dövlət Sosial Müdafiə Fondundan bildirilib.

Fond muxtar respublika ərazisindəki təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq, bütün hüquqi və fiziki şəxslərdən qanunvericiliyə müvafiq qaydada məcburi dövlət sosial sığorta haqlarının yığılması üçün mütəmadi olaraq işlər görüb. Ötən ay fondun gəlirləri 4 milyon 479 min manat proqnoza qarşı 6 milyon 173 min manat həcmində yerinə yetirilib, proqnoz tapşırıqlara 137,8 faiz əməl olunub, nəzərdə tutulan məbləğdən 1 milyon 694 min manat çox vəsait yığılıb.

Hesabat ayında muxtar respublikada 174 min manat işsizlik sığortası toplanıb və qanunvericiliyə uyğun olaraq işsizlikdən sığorta fondunun hesabına köçürülüb, pensiya hüququ yaranmış 95 vətəndaşa əmək pensiyası təyin olunub. Yeni təyin olunan pensiyaçılardan 29-u yaşa, 19-u əlilliyə, 47-si isə ailə başçısını itirməyə görə əmək pensiyasına çıxmış vətəndaşlar olub.

Azvision.az


Teqlər: Naxçıvan   Pensiya  





Xəbər lenti