Gerbin istifadəsinə dair yeni məhdudiyyətlər

Gerbin istifadəsinə dair yeni məhdudiyyətlər
  11 Dekabr 2018    Oxunub:3383
Azərbaycanın Dövlət Gerbinin istifadəsinə dair yeni məhdudiyyətlər müəyyənləşib.

Azvision.az xəbər verir ki, yeni hazırlanan “Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında” qanuna əsasən, Dövlət Gerbi Konstitusiya qanununa uyğun təsvir edilməli və nəzərdə tutulan qaydada istifadə edilməlidir.
Dövlət Gerbinin oturulan, ayaq basılan və natəmiz yerlərə vurulması və ya həmin yerlərdə təsvir edilməsi qadağandır.

Qanunun tələblərini pozan şəxslər İnzibati Xətalar Məcəlləsinə, Dövlət Gerbi barədə təhqiredici hərəkətlər edən şəxslər isə Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Gerb   MM  





Xəbər lenti