AMEA-nın işçilərinə torpaq veriləcək

  15 Dekabr 2018    Oxunub : 1287
 AMEA-nın işçilərinə torpaq veriləcək
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) işçilərinə bağçılıq-bostançılıq məqsədilə müvəqqəti istifadə üçün torpaq sahəsi ayrılacaq.
Azvision.az xəbər verir ki, bu barədə Akademiyanın Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.

İclasda “AMEA əməkdaşlarına bağçılıq-bostançılıq məqsədilə müvəqqəti istifadə üçün torpaq sahəsinin ayrılması və ondan istifadə olunması Qaydaları” haqqında sənəd təsdiq edilib.

Qərarla AMEA-nın bağçılıq-bostançılıqla məşğul olmaq istəyən əməkdaşlarına müvəqqəti istifadə üçün torpaq sahələrinin ayrılması nəzərdə tutulub. Bunun icrasını təmin etmək məqsədilə yaradılmış komissiya torpaq sahəsinin ayrılması və həmin sahələrdən istifadə edilməsinə dair sənədi hazırlayaraq AMEA Rəyasət Heyətinə təqdim edib.

Azvision.az

Teqlər: AMEA