BNA-dan sürücülərə yağış xəbərdarlığı

 BNA-dan sürücülərə yağış xəbərdarlığı
  20 Dekabr 2018    Oxunub:2384
Bakı Nəqliyyat Agentliyi (BNA) sürücülərə xəbərdarlıq edib.

BNA-dan Azvision.az -a verilən məlumata görə, hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ şosesi - Hava Limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
"Məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik. Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik", - deyə BNA-dan bildirilib.

Azvision.az


Teqlər: BNA  





Xəbər lenti