500-dən çox məhkum elektron qolbaq daşıyır

   500-dən çox məhkum elektron qolbaq daşıyır
  28 Dekabr 2018    Oxunub:1937
Azərbaycanda 500-dən çox məhkum elektron qolbaq daşıyır.
Azvision.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində nazir Fikrət Məmmədovun sədrliyi ilə keçirilən kollegiya iclasında bildirilib.

İclasda dövlət başçısının cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli sərəncamının icrası üzrə görülmüş işlərə toxunularaq azadlıqdan məhrumetməyə alternativ, o cümlədən azadlığın məhdudlaşdırılması cəzasının icrasında elektron qolbaqların tətbiqi daim genişləndirilərək artıq 500-dən çox məhkuma tətbiq edildiyi, ictimai işlər növündə cəzanın icrasında müsbət dönüşə nail olunduğu və təsirli nəzarətin həyata keçirildiyi vurğulanıb.

Azvision.az



Teqlər: Ədliyyə-Nazirliyi   Məhkum  





Xəbər lenti