“Ermənistan Azərbaycanın tarixi torpaqlarını işğal edib” - İranın Baş Qərargah rəisi
Novruz Məmmədov qarşılıqlı səfərlərin əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyətli olduğunu qeyd edərək, Məhəmməd Baqerinin ölkəmizə bu səfərinin müdafiə sahəsində əməkdaşlığın daha da inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
Məhəmməd Baqeri Azərbaycana səfərindən və keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İranın mövqeyini xatırladan Baş Qərargah rəisi bildirib ki, Ermənistan Azərbaycanın tarixi torpaqlarını işğal edib və ölkəsi münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həllinin tərəfdarıdır.
Baş nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin ədalətli mövqeyinə verdiyi dəstəyə görə İran tərəfinə minnətdarlığını ifadə edib.
Məhəmməd Baqeri hər iki ölkənin xalqları arasında böyük tarixə malik əlaqələrin olduğunu bildirib. O, Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanmasının ölkələrimiz arasında yeni əməkdaşlıq imkanlarının yaranması baxımından əhəmiyyətini vurğulayıb. Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.
Azvision.az
Teqlər: Novruz-Məmmədov