ABŞ ərəb koalisiyasından çıxır - Qətnamə qəbul edildi

  14 Fevral 2019    Oxunub : 604
 ABŞ ərəb koalisiyasından çıxır - Qətnamə qəbul edildi
ABŞ Konqressinin Nümayəndələr Palatası Amerikanın Səudiyyə Ərəbistanının başçılığı ilə Yəməndə hərbi əməliyyatlar aparan ərəb koalisiyasında iştirakının dayandırılması barədə qətnama qəbul edib.
Azvision.az “The Hill” qəzetinə istinadən xəbər verir ki, qətnamənin lehinə Nümayəndələr Palatasının 248, əleyhinə isə 177 üzvü səs verib.

ABŞ Konqressinin yuxarı palatası olan Senatın da qətnaməni təsdiqləyəcəyi gözlənilir. Sənədin Senatdan keçməsindən sonra isə ABŞ prezidenti 30 gün ərzində müvafiq fərman imzalamaqla Amerikanın ərəb koalisiyasından çıxmasını rəsmiləşdirməlidir.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Səudiyyə   Yəmən   ABŞ