Saxta əlillik sənədi verən vəzifəli şəxslər işdən çıxarılıb
S.Babayev bildirib ki, Səhiyyə Nazirliyilə birgə yaradılan işçi qrupu bu məsələ ilə ciddi məşğuldur: “Araşdırma zamanı məlum olur ki, saxta əlillik düzəltmək üçün vasitəçilik edənlər nazirliyin işçiləri deyil. Ötən il ərzində əlillik 60 faiz azalıb. I qrup üzrə isə əllik faizi 70 faiz azalıb. Bu dinamika reallığa uyğundur”.
Nazir hazırda həmin şəxslərə ödənilən pulun geri qaytarılması ilə bağlı işlər görüldüyünü açıqlayıb: “Saxta əlilliyə görə vəzifəsindən azad olunanlar, hətta cinayət işi açılanlar da var. Onlardan bir neçəsi artıq həbs edilib. Əlilliyi ləğv olunan günədək pensiya alanlara ödənilən vəsait vəzifəli şəxslər tərəfidən geri ödənilməyə başlanıb. Artıq 1 milyon manata vəsait geri qaytarılıb. Ləğv edilən əlilliklərə görə ödənilən vəsaitlərin büdcədə qalması il ərzində 3 milyon manata qənaət deməkdir”.
S.Babayev bildirib ki, ötən il 600 əməkdaşa inzibati tənbeh tədbiri görülüb. "Bunlardan 80 nəfəri işdən çıxarılıb, 500 nəfərdən çoxu tənbeh alıb. Bunlar əsasən səhlənkarlıq, kobudluq hallarına görə olub".
Aytən Zəhra
Azvision.az
Teqlər: Sahil-Babayev