“Muğam Azərbaycanın milli varlığını əks etdirir”

“Muğam Azərbaycanın milli varlığını əks etdirir”
  18 Fevral 2019    Oxunub:1464
Azərbaycanda “Muğam sənətinin qorunması haqqında” və “Aşıq sənətinin qorunması haqqında” yeni qanun layihələri hazırlanıb.
Azvision.az
R.Hüseynov bildirib ki, qanun layihələrinin hazırlanması mədəniyyətimizi qorumaq zərurətindən irəli gəlir. O qeyd edib ki, bu gün Azərbaycanda muğamın inkişafına böyük diqqət göstərilir.

"Muğama münasibət heç də həmişə eyni olmayıb. Sovet dövründə muğamı sıxıdırmağa çalışırdılar. Bir zamanlar muğamın adını dəyişməyə çalışırdılar”.

Komitə sədri əlavə edib ki, muğam Azərbaycanın milli varlığını əks etdirir, muğam eyni zamanda Azərbaycanı dünyada tanıdır: “Təsadüfi deyil ki, ərazimizi işğal etdikləri kimi muğamımızı, milli adət ənənələrimizi qəsb etmək iddiaları var”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: MM   Komitə  





Xəbər lenti