Qobustanda heyvanlar peyvənd olunur
Aparılan tədbirlər çərçivəsində həm də maariflənmə işi aparılaraq iti yoluxucu xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir.
Epizootik tədbirlər planına uyğun olaraq bundan sonra Qobustan rayonunda ev quşları arasında nyukasl, nodulyar dermatit, leptospiroz, bruselyoz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin həssas heyvanlar arasında burselyoz və epedidemit xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə qoçlardan qan nümunələrinin alınması, iribuynuzlu heyvanlarda vərəmə və atlarda manqo xəstəliklərinə görə diaqnostik müayinələrin aparılması nəzərdə tutulub.
Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib. Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
Azvision.az