Ötən il 3164 azərbaycanlı qadın türkə ərə gedib

  Ötən il 3164 azərbaycanlı qadın türkə ərə gedib
  04 Mart 2019    Oxunub:8475
Ötən il 3283 azərbaycanlı Türkiyə vətəndaşı ilə nikaha girib.

Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2018-ci ildə 119 azərbaycanlı kişi, 3164 azərbaycanlı qadın Türkiyə vətəndaşı ilə ailə həyatı qurub.
Türkiyədə əcnəbi gəlinlər arasında ilk yeri Suriyadan olan qadınlar tutur. Ümumilikdə isə 22 min 743 gəlinin 4,1 faizi əcnəbidir. Bunun 15.7 faizi suriyalıdır. İkinci yerdə 13.9 faizlə azərbaycanlı gəlinlər, üçüncü yerdə isə alman qadınlar (10.9 faiz) qərarlaşıb.

Bundan əlavə, 2018-ci ildə Türkiyədə əcnəbi bəylərin sayı 4119 nəfər qeydə alınıb. Bu da ümumi evlənən kişilərin 0.7 faizi deməkdir. Əcnəbi bəylər arasında ilk sırada almanlardır (34.1 faiz). Sonrakı yerləri 13.1 faizlə suriyalılar, 7.8 faizlə avstraliyalılar tutub.

Aytən Zəhra
Azvision.az


Teqlər: Türkiyə   Gəlin   Evlənmək  





Xəbər lenti