Baş nazirin müavini: “İstəyirik ki, vətəndaşlar yaxşı yaşasın”

  19 Mart 2019    Oxunub : 1669
 Baş nazirin müavini: “İstəyirik ki, vətəndaşlar yaxşı yaşasın”
"Azərbaycan artıq qüdrətli bir dövlətə çevrilib, şəhərlərimiz xeyli gözəlləşib"
Azvision.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini - İcra katibi, Baş nazirin müavini Əli Əhmədov Bilgəh qəsəbəsində Novruz bayramı münasibətlilə qocalar evində görüş zamanı deyb.

Ə.Əhmədov bildirib ki, hökumətin imkanları artdıqca, Prezidentimiz əhalinin sosial müdafiəsi istiqamətində əlavə addımlar atacaq: “Dövlətin imkanları vətəndaşların rifahının yaxşılaşdırılmasına sərf edilir. Azərbaycan hökuməti istəyir ki, vətəndaşlar yaxşı yaşasın. Vətəndaşın yaşayışı həmişə dövlətin diqqət mərkəzində olub. Bizim üçün ən böyük dəyər insandır. Azərbaycan vətəndaşı dövlətin ən böyük sərvətidir”.

Baş nazirin müavini vurğulayıb ki, insana qayğı göstərməkdən ali dəyər yoxdur: "Bir müddət öncə, Prezident İlham Əliyev tərəfindən bütün kateqoriyalardan olan insanların rifahının yaxşılaşdırılması üçün sərəmcamlar imzalandı. Dövlət imkanları çərçivəsində vətəndaşların yaxşı yaşaması üçün əlavə tədbirlər görülür. Azərbaycan o qədər güclü dövlətdir ki, bu cür cəsarətli addımları atır. Güman edirəm ki, insanlar bunu yüksək qiymətləndirir. Dövlət başçısının sərəncamları ilə əmək pensiyası, minimum əməkhaqqı, müavinətlər də artırıldı. Ümumilikdə, vətəndaşlara verilən bütün müavinətlər artırılıb”.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: Əli-Əhmədov