“Görülən işlər inqilabi xarakter daşıyır” - Nazir

 “Görülən işlər inqilabi xarakter daşıyır” -    Nazir
  19 Mart 2019    Oxunub:2311
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda sosial müdafiə, sosial təminat sistemi dayanmadan genişləndirilir, inkişaf etdirilir".

Azvision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bilgəhdə Novruz bayramı münasibətilə qocalar evində görüş zamanı deyb.
Nazir bildirib ki, təkcə Prezident İlham Əliyev tərəfindən bu il verilən sərəncamlara nəzər salsaq görərik ki, bu sahədə atılan addımlar, görülən işlər inqilabi xarakter daşıyır:

“Müxtəlif müavinətlərin, təqaüdlərin iki dəfədən çox artırılması, əmək haqları və pensiyaların 40 faizdən çox artırılması həqiqətən də inqilabi addımlardır və birbaşa Azərbaycan vətəndaşlarının güzaranının yaxşılaşmasına yönəlib”.

S.Babayev qeyd edib ki, sosial təminat, sosial müavinət sistemi mütəmadi inkişaf etməyə, təkmilləşməyə ehtiyacı olan sistemdir: “Daim təkmilləşmə, inkişaf aparılaraq müxtəlif kateqoriyadan olan insanlarımıza xidmət keyfiyyətini daha da yaxşılaşdıracağıq”.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: ƏƏSMN   Nazir   Sahil-Babayev  





Xəbər lenti