Milli Parklara səyahət edin!

Milli Parklara səyahət edin!
  20 Mart 2019    Oxunub:1395
Təbiətin göz oxşayan dəyişikliklərini müşahidə etmək, yazın ətrini duymaq, füsünkar gözəlliklərdən həzz almaq istəyirsinizsə Novruz tətili günlərində milli parklarımıza səyahət edin!
Bu barədə Azvision.az -a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, milli parklara səyahət etməklə flora və faunanı daha yaxından seyr edə və təbiət obyektləri barədə ətraflı məlumat ala bilərsiniz.

Milli parklar Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng landşaft komplekslərini əhatə edir.

Azvision.az




Teqlər: Milli-park   ETSN  





Xəbər lenti