Bakıda qəza törədib qaçan sürücü yaxalanıb

Bakıda qəza törədib qaçan sürücü yaxalanıb
  20 Mart 2019    Oxunub:1701
Martın 18-də saat 21 radələrində paytaxtın Nizami rayonu Q.Qarayev prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakinləri X.İmanova və azyaşlı qızı vurulub. Onlar xəstəxanaya müraciət etməyiblər.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məılumata görə, Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-21074” markalı avtomobillə törədildiyi müəyyən edilib. Yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin nəqliyyat vasitəsini idarə edən paytaxt sakini E.Alışov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Azvision.az


Teqlər: Qəza   DİN  





Xəbər lenti