Mingəçevirdə ictimai asayişi pozan 2 nəfər saxlanılıb

Mingəçevirdə ictimai asayişi pozan 2 nəfər saxlanılıb
  20 Mart 2019    Oxunub:2005
Martın 19-da Mingəçevir şəhərinin A.Məmmədov küçəsində xidmət aparan polis əməkdaşları ictimai asayişi pozan 2 nəfəri saxlayaraq Şəhər Polis Şöbəsinə gətiriblər.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, araşdırmalarla onların Mingəçevir sakini Ə.İsgəndərov və Göyçay rayon sakini R.Kərimov olduqları müəyyən edilib.

Şəxsi axtarış zamanı R.Kərimovdan 20 ədəd tramadol, 6 ədəd lirika və 2 ədəd mamba həbləri aşkar edilərək götürülüb. Araşdırma aparılır.

Azvision.az


Teqlər: Mingəçevir   DİN  





Xəbər lenti